Haqqımızda

“Abacus Audit And Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsası 16.02.2017-ci il tarixdə qoyulmuşdur.

Təsisçilər:

  1. Zeynalova Zemfira Adil qızı
  2. Əliyeva Esmira Yunus qızı

Yaradıldığımiz gündən etibarən gərgin işlər nəticəsində, şirkətimizin müstəqilliyini artıraraq şəxsi fəlsəfəmizi formalaşdırmışıq. Bu prinsiplərə riayət edərək, " Abacus Audit And Consulting " şirkəti bazarda aparıcı mövqeyi tutmağa və özünün professional, ardıcıl və savadlı işləmək bacarığını sübut etməyə nail olmuşdur. Hal hazırda " Abacus Audit And Consulting " - Azərbaycanın audit, mühasibat uçotu, vergitutma, hüquq və idarəetmə məsləhətləri sahəsində xidmət göstərən aparıcı şirkətlərdən biridir.  

“Abacus Audit And Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti 21.06.2017-ci il tarixdən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür. Şirkətimizə verilmiş AT135 saylı icazə 21.06.2017-ci il tarixdən 21.06.2022-ci il tarixinədək qüvvədədir.