Hüquqi şəxslərin və fərdi sahibkarların qeydiyyatı

Abacus Audit And Consulting Məhdud məsuliyyətli cəmiyyəti hüquqi şəxslərin və fərdi sahibkarların vəkalətnaməsi əsasında aşağıdakı xidmətləri yerinə yetirir.

Yerli investisiyalı kommersiya qurumunun dövlət qeydiyyatına alınması (təhsil müəssisələri istisna olmaqla)

- notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”

- “Təsisçi-fiziki şəxslər barədə məlumat”

-  təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqələrinin surəti

- “Təsisçi-hüquqi şəxslər barədə məlumat”

 - təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti

- qurumun təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə

- qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərar (qərarlar)

- “Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat” (yenidən təşkil nəticəsində yaradılan kommersiya hüquqi şəxs üçün)

- “Müşahidə şurasının üzvləri barədə məlumat” (kommersiya qurumu cəmiyyət olduqda və ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə))

“Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə)

- qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti

- hüquqi ünvanını təsdiq edən sənəd

- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz)

- məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və s.)

- nizamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi

- ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi

- etibarnamə (ərizə vəkil etdiyi şəxs tərəfindən imzalandıqda)

- bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq olaraq Mərkəzi Bankın, Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin müvafiq orqanının ilkin razılığını təsdiq edən sənəd.

 

Kommersiya qurumunun qeydiyyatı

 

- Gücləndirilmiş elektron imza

 

- yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı zamanı təsisçinin tərtib etdiyi nizamnamənin seçilməsi halında nizamnamə

 

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı dərhal, adi elektron dövlət qeydiyyatı isə 1 gündən gec olmayaraq həyata keçirilir.

 

 

Xarici kommersiya qurumunun nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması

 

- notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”

 

- “Təsisçi-hüquqi şəxslər barədə məlumat”

 

- nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə 2 nüsxədə

 

- nümayəndəliyin və ya filialın yaradılması haqqında onu yaradan xarici hüquqi şəxsin qərarı

 

- nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti (şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə edilməklə)

 

- nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961- ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))

 

- nümayəndəliyin və ya filialın hüquqi ünvanını təsdiq edən sənəd

 

- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz)

 

- nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961- ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))

 

- “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (nümayəndəlik və ya filial xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə)

 

- ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi

 

- etibarnamə (ərizə vəkil etdiyi şəxs tərəfindən imzalandıqda)

 

- xarici bankların və siğorta şirkətlərinin nümayəndəlikləri və ya filialları yaradıldıqda müvafiq olaraq Mərkəzi Bankın və Maliyyə Nazirliyinin ilkin razılığını təsdiq edən sənəd

 

 

Xarici investisiyalı kommersiya qurumunun dövlət qeydiyyatına alınması

 

- notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”

 

- “Təsisçi-fiziki şəxslər barədə məlumat”

 

- təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədin surəti

 

 - “Təsisçi-hüquqi şəxslər barədə məlumat”

 

- təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti

 

- qurumun təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə

 

- qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərar (qərarlar)

 

təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))

 

- təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun hər hansı bir ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənəd (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))

 

 -“Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat” (yenidən təşkil nəticəsində yaradılan kommersiya qurumu üçün)

 

- “Müşahidə şurasının üzvləri barədə məlumat” (kommersiya qurumu cəmiyyət olduqda və ərizə təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə (şəxsiyyəti təsdiq edən sənədlərin surətləri əlavə edilməklə))

 

“Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə)

 

- qanuni təmsilçinin şəxsiyyəti təsdiq edən sənədin surəti

 

- hüquqi ünvanını təsdiq edən sənəd

 

- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz)

 

- məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsinin müəyyən müddətdə şərtləndirildiyi hallar istisna olmaqla nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və s.)

 

- nizamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi

 

 - ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi

 

- etibarnamə (ərizə vəkil etdiyi şəxs tərəfindən imzalandıqda)

 

- bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq olaraq Mərkəzi Bankın, Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin müvafiq orqanının ilkin razılığını təsdiq edən sənəd.

 

 

Fərdi sahibkarların dövlət qeydiyyatı